top of page

Almaniyadan çıxarılan ABŞ qoşunlarının yeni bazası bu ölkədə olacaq

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 11 июн. 2020 г.
  • 1 мин. чтения

ree

ABŞ prezidenti Donald Tramp Almaniyadakı Amerika qoşunlarını ixtisar edir.


Azadpress.az xəbər verir ki, Qərb mətbuatında dolaşan xəbərlər rəsmən təsdiqlənib.

Almaniya bəyan edib ki, ölkədə yerləşdirilmiş ABŞ qoşunlarının bir hissəsinin mümkün ixtisarına dair Vaşinqtondan rəsmi bildiriş alıb. İyunun 10-da verilmiş bu bəyanatdan əvvəl media xəbərlərində deyilirdi ki, ABŞ prezidenti Donald Tramp Almaniyadakı 34 min 500 ABŞ əsgərindən 15 mininin bu ölkədən çıxarılmasını əmr edib.

Lakin qoşunların Almaniyadan çıxarılması Avropanı tərk etmək anlamına gəlmir. Polşa hökuməti həmin qoşunların öz ərazisində yerləşdirilməsi təklifi il çıxış edib. Polşa baş naziri həm ABŞ hökumətinə,həm də NATO-ya müraciət edərək yeni bir bazanın yaradılmasını təklif edib. ABŞ prezidenti rəsmən bu məsələyə münasibət bildirməyib.

Qeyd edək ki,son illər Polşa Rusiyadan müdadiə olunmaq məqsədi ilə ABŞ silahları,o cümlədən F35 qırıcıları ilə silahlanır. Azadpress.az

 
 
 

Комментарии


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page