top of page

Hadı Rəcəbli:"Bir daha namizəd olmayacam"

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 17 февр. 2020 г.
  • 1 мин. чтения

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 74 saylı Lənkəran kənd seçki dairəsilə bağlı şikayətlərə baxılıb.

İclasda qeyd olunub ki, müvafiq dairə üzrə seçki məntəqələrində qanun pozuntularını özündə əks etdirən videogörüntülərə baxılıb, sosial şəbəkələrdə yayılan məlumatlara baxılıb.

İclasda qərara alınıb ki, 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilib.

Qeyd edək ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairədə lider namizəd Hadı Rəcəbli idi.

Vətəninfio.az xəbər verir ki, 74 saylı Lənkəran kənd seçki dairəsindən namizədliyini vermiş Hadı Rəcəbli MSK-nın bugünkü iclasında verilən qərardan məlumatı olduğunu bildirib O, Vətəninfo.az-ın sualına cavab olaraq qeyd edib ki, bu haqda hələ bir söz deyə bilməsə də, amma yenidən seçkilərdə iştirak etməyəcək.Azadpress.az


 
 
 

Comentarios


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page