Ankara NATO-nu köməyə çağırdı
- Azadpress.az
- 11 февр. 2020 г.
- 1 мин. чтения

Türkiyə İdlibdəki situasiya ilə bağlı NATO-nun dəstəyini gözləyir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.
“Biz daim NATO ilə əlaqədəyik, alyansla məsləhətləşmələr həyata keçiririk. O cümlədən Suriya ilə bağlı da... Biz istəyirik ki, terrorizmlə mübarizədə NATO bizim yanımızda olsun. NATO Türkiyə ilə həmrəylik göstərməlidir”, - deyə AKP sözçüsü bildirib.
Qeyd edək ki, İdlib bölgəsində ötən gün 5 türk əsgəri şəhid olub. Bunun ardınca türk ordusunun endirdiyi zərbələr nəticəsində Suriya rejiminin 101 əsgəri məhv edilib.Azadpress.az
Comments