top of page

Yerə doğru potensial təhlükəli asteroid yaxınlaşır

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 25 янв. 2020 г.
  • 1 мин. чтения

Yerə doğru 440 metrdən 990 metrədək diametri olan potensial təhlükəli asteroid uçur.

Nasa-nın verdiyi məlumata əsasən, 163373 nömrəli səma cisminin bizim planetimizin yaxınlığından 2020-ci ilin fevralında keçəcəyi gözlənilir.

Bildirilir ki, asteroid Yerə fevralın 15-də maksimum yaxınlaşacaq. Bu asteroid 1995-ci ilin oktyabrında aşkar edilib. O, Yerin orbitindən keçən potensial təhlükəli səma cisimləri - “Apollonlar” qrupuna daxildir.

Növbəti dəfə Yerin yanından asteroid 2075-ci ildə keçəcək.Azadpress.az


 
 
 

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page