top of page

Parlamentdə əlilləri Zaur Seyidzadə təmsil edə bilər


Azərbaycanda əlilliyi olan hüquqşünas deputat ola bilər.

Əlil,kimsəsiz uşaq və gənclərin hüquqlarını müdafiə edən hüquqşünas Zaur Seyidzadə növbədən kənar Parlament seçkilərində iştirak edəcək.

Bu haqda Azadpress.az saytına məlumat verən hüquqşünas bildirib ki,əlilliyi olan şəxslərlə görüşdə onun namizədliyi irəli sürülüb. Zaur Seyidzadə əlilləri və kimsəsiz uşaqları əhatə edən onlarla sosial layihənin müəllifidir.Seyidzadə Zaur Mirtağı oğlu 1981-ci ildə Bakı şəhərində anadan olub. Evlidir, bir övladı var.Əlilliyinin olmasına baxmayaraq fəal həyat tərzi sürür və ictimai fəaliyyətlə məşğuldur.

Ali savadlıdır.Bakı Dövlət Universiteti, hüquq fakültəsini bitirib. 2006-cı ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Yanında Hüquq Tədris Mərkəzində ixtisasartırma kursunu bitirib. 1999-cildə Azərbaycan Respublikası Əlillərin “Zaur” Xeyriyyə Cəmiyyətini,2008-ci ildə “Valideyin Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Yardım” İctimai Birliyini təsis edib. Azərbaycan Milli Elimlər Akademiyasının Fəlsəfə, Sosiologiya Hüquq İnstitunun Dissertantıdır. O, Azərbaycan Respublikasının ədliyyə naziri yanında İctimai Komitənin üzvüdür. Zaur Seyidzadə həmçinin Azərbaycan Respublikası Gənclər təşkilatının Milli Şurasının Mərkəzi Təftiş Komissiyasının üzvüdür.

Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page