top of page

Yanan tikinti materialları bazarının sahibi kimdir?

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 10 дек. 2019 г.
  • 1 мин. чтения

Bakı şəhərinin Binəqədi rayonunda yanan “EuroHome” tikinti materialları bazarının sahibi biznesmen Azay Möhnətovdur. Bu iş adamı həmçinin AF Holdinq Şirkətlər Qrupunun və "Uğur-97" şirkətinin prezidentidir. Ayaz Möhnətovun aktivində kifayət qədər çox sayda tanınmış obyekt, o cümlədən məşhur AF Mall və AF Hotel & Aqua Park var.

Möhnətov uzun illərdir Bakıda tikinti biznesi ilə məşğul olur. Onun “Uğur-97” şirkəti Bakının mərkəzində çoxsaylı “lüks” sinif yaşayış binaları inşa edib. Belə ki, R. Behbudov küçəsində 9, 10, 16 və 18 mərtəbəli 3 bina, Milli Bankın yaxınlığında Ş. Bədəlbəyli küçəsində 19 mərtəbəli bina bu şirkət tərəfindən tikilib.

“EuroHome” ticarət mərkəzi isə 2012-ci ildə nəhəng inşaat materialları bazarı kimi hektarlarla ərazidə tikilib. Bazarın yerləşdiyi ərazi əvvəllər «Azərxariciyol» MMC-yə məxsus olub. Bazar inşa edilərkən orada çoxsaylı şam ağaclarının kəsildiyi məlum idi.Azadpress.az


 
 
 

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page