
"Ürəyimdə böyük bir ağrı hissi ilə gürcü kilsəsindəki hadisələrin gedişatını izləyirəm və kim nə deyirsə desin, bunun hamısı oliqarx İvanişvilinin şüurlu siyasətinin birbaşa nəticəsidir".
24News birinci kanala istinadla xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili sosial şəbəkədəki video mesajı zamanı deyib.
O deyib ki, dəyərlərimizi, kilsəmizi, inancımızı, dövlət qurumlarımızı tapdalayan, insanları bir araya toplayaraq və bu fonda adətləri idarə edən, Gürcüstanı qarət edən və yıxan Bidzina İvanişvilidir.
M.Saakaşvili: "Onun üçün Gürcüstanda əsl qəhrəmanların qalmaması çox vacibdir, onun üçün hər şeyin bataqlıda olması, imanın zəifləməsi çox mühimdir, buna görə də bu gün milli əhəmiyyət daşıyan və ölkəni xilas etmək vəzifəsinin yolu birliktdir, yeganə çıxış yolu budur - oliqarxı hakimiyyətdən uzaqlaşdırmaq.Azadpress.az