top of page

Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad edildi

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 21 окт. 2019 г.
  • 1 мин. чтения

Baş nazirin iki müavini - Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olunublar.

Azadpress.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamları yayılıb. Sərəncamda qeyd olunur: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.

Prezidentin imzaladığı daha bir sərəncamda qeyd olunur:

"Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin".

Sərəncamlar imzalandığı gündən qüvvəyə minib.Azadpress.az


 
 
 

Комментарии


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page