
“Rusiya yüksək məhkəməsindən müsbət cavab çıxmasa Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyəm”.
Bu sözləri Rusiyadan deportasiya olunan jurnalist Fuad Abbasov hazırda keçirilən mətbuat konfransında səsləndirib. O qeyd edib ki, Rusiya bu məsələdə hüquqi dövlət kimi davranmadı: “ Rusiya sanki hüquq dövləti deyil, orada sanki heç bir qanun işləmir. Bu gün vəkil Teyyub Şərifov Moskva Əyalət Məhkəməsindən sənədləri alıb yüksək məhkəməyə şikayət edib. İnanıram ki, Ali məhkəmə Rusiya məhkəmələrinin adını batırmamaq üçün bu günə qədər haqqımda çıxarılan bütün qərarları ləğv edəcək. Əks halda mən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyəm. Mən bir Azərbaycan jurnalistinin qanunsuz olaraq həbs edilməsinə susmaq niyyətində deyiləm”. Azadpress.az