top of page

Tramp İran qarşısında geri çəkildi

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 21 июн. 2019 г.
  • 1 мин. чтения

“ABŞ Prezidenti Donald Tramp İrana hərbi müdaxilədən son anda imtina etdi”.

Teleqraf.com xəbər verir ki, bu məlumatı ABŞ-da nəşr olunan “Nyu-York Tayms” qəzeti yayıb.

Qəzet qeyd edib ki, Tramp iyunun 20-də İrana raket zərbələri vurmaq əmri verməli idi:

“Lakin Amerika başçısı İrana hava zərbələri endirmək qərarından son anda imtina etdi. ABŞ hökuməti Amerika vaxtı ilə saat 19:00-da İrana aid bəzi radar və raket batereyalarının vurulacağını gözləyirdi. Lakin Trampın bu qərardan imtina etməsinə görə hücum baş tutmadı”.

Əlavə edək ki, Donald Tramp iyunun 20-də verdiyi açıqlamada yaxın zamanlarda İrana zərbələrin endiriləcəyini açıqlamışdı.Azadpress.az


 
 
 

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page