top of page

Türkiyə Ordusu Azərbaycana gəldi

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 3 июн. 2019 г.
  • 1 мин. чтения

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib. Əlahiddə Ümumqoşun Ordudan verilən məlumata görə, məqsəd iyunun 7-dən 11-dək keçiriləcək “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminəı qatılmaqdır.

Bu münasibətlə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxış edənlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən, hərbi-texniki əməkdaşlıqdan və artıq ənənə halını almış döyüş atışlı birgə təlimlərin əhəmiyyətindən danışıblar. Sonda təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər.Azadpress.az  


 
 
 

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page