top of page

Taksi sürücüləri "Formula-1" i baykot edəcəklər

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 17 мая 2019 г.
  • 1 мин. чтения

"Formula 1" üzrə Monako Qran-prisi taksi sürücülərinin mümkün etirazları üzündən çətinliklərlə üzləşə bilər.

"Report"un məlumatına görə, sürücülər istədikləri xidmət haqqını ala bilməmələrindən narazıdırlar. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə Qran-prinin start götürəcəyi mayın 23-də bütün yolları bağlayacaqlarını bildiriblər.

Daha əvvəl taksi sürücüləri Nitsa hava limanında müştərilərə xidmətdən imtina ediblər. Onlar mayın 15-də Kan kino festivalı keçirilərkən bu addımı atıblar.

Qeyd edək ki, Monako Qran-prisində ilk sərbəst yürüşlər mayın 23-də, yarış isə mayın 26-da şəhər trasında keçiriləcək. Bu, dünya çempionatında 6-cı mərhələ olacaq. 5 mərhələdən sonra "Mercedes" pilotu Lüis Hemilton liderdir. İkinci yeri onun komanda yoldaşı Valtteri Bottas tutur.Azadpress.az


 
 
 

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page