Brüsel deklarasiyası fiaskoya uğradı-İmzalanmadı
- Azadpress.az
- 14 мая 2019 г.
- 1 мин. чтения

Brüsseldə dünən baş tutan Şərq Tərəfdaşlığı sammitinin yubiley deklarasiyası imzalansa da, sammit iştirakçıları bu sənədə yüksək status verməmək qərarına gəliblər.
Məlumata görə, təqdim edilən deklarasiyaya Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri imza atmayıblar. Sənədə imza atan yalnız Avropa Birliyinin Baş diplomatı Federika Moqerini olub.
Gürcüstan və Ukrayna deklarasiyaya etirazlarını bildiriblər. Belə ki, hər iki ölkə sənəddə Şərq Tərəfdaşlığı ölkələrinin ayrı-ayrı üzvlərinin Avropaya inteqrasiya cəhdlərinin yer alması barədə məsələnin yer almamasına etiraz ediblər.
Azərbaycanın sənədə imza atmamasının səbəbi burada ərazi bütövlüyü məsələsinə yer verilməməsi olub. Bakının təklifinin nəzərə alınmaması onun deklarasiyadan imtinası ilə nəticələnib.Azadpress.az
Comments