top of page

Gürcüstanın qarşısına Xələf  Xələfov çıxacaq

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 4 мая 2019 г.
  • 1 мин. чтения

Artıq Xələf Xələfov Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsini tərk edib. Qanunvericiliyə görə, o, iki vəzifəni tuta bilməz. Bundan sonra Xələf Xələfov nazir müavini vəzifəsində çalışacaq. Unikal.org-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yeni rəhbəri Leyla Abdullayeva belə deyib. L.Abdullayeva həmçinin bildirib ki, X.Xələfov Gürcüstanla Azərbaycan arasında mübahisəli sərhəd məsələsi ilə bağlı ciddi işlər aparacaq. Qeyd edək ki, ötən gün Azərbaycan Republikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin olunub. Bundan əvvəl isə X.Xələfov 2018-ci ildə Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilərək Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinə təyin olunmuşdu. 


 
 
 

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page