top of page

Azərbaycanda 30 aprel terrorunun qurbanları anılır

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 30 апр. 2019 г.
  • 1 мин. чтения

Bu gün Azərbaycanda 2009-cu il 30 apreldə Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terrorun qurbanları anılır.

9 il əvvəl səhər saatlarında bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayıb.

Ölənlərin sayı 13, yaralıların sayı 10-dur. Yaralıların 3-ü xarici vətəndaşdır. Onlardan ikisi Sudan, biri isə Suriya vətəndaşıdır.

İstintaqa əsasən, öldürən şəxsin Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov olduğu açıqlanıb.

İlkin versiyaya görə hadisəni törədən şəxs özü-özünü güllələyib.

Hadisədə təqsirli bilinən 4 nəfər- Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov məhkəmə qarşısına çıxarılıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Gürcüstan vətəndaşları - Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Terrorun sifarişçisi kimi adı keçən və İnterpol tərəfindən axtarışa verilən erməni əsilli Mardun Qumaşyan isə hələ də azadlıqdadır.

Aprelin 30-da Bakıda Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş hadisə ilə bağlı ABŞ Dövlət Departamenti Azərbaycan xalqına başsağlığı verib. Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Vud açıqlayıb.

Rusiya prezidenti Dmitri Medvedev və Gürcüstan prezidenti Mixail Saakaşvili prezident İlham Əliyevə akademiyada baş vermiş faciə ilə bağlı başsağlığı veriblər. Türkiyə prezidenti Abdullah Gül, qardaş ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Belarus prezidenti Aleksandr Lukaşenko, Ukrayna prezidenti Viktor Yuşşenko, Litva prezidenti Valdas Adamkus və York hersoqu Şahzadə Endryu Azərbaycan Dövlət Neft Akademiyasında insanların həlak olması ilə nəticələnmiş faciə ilə əlaqədar xalqları və öz adlarından başsağlığı veriblər. "Biz hadisədə ölənlərin ailə və dostlarının kədərini bölüşür və yaralananların tezliklə ayağa qalxmasını diləyirik. Birləşmiş Ştatlar belə sarsıntılı və kədərli bir vəziyyətdə öz dostu və strateji müttəfiqi olan Azərbaycanla həmrəy olduğunu bildirir".Azadpress.az


 
 
 

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page