
Yaponiyada yaşayan azərbaycanlı alim Xəlil Kələntər Yaponiya Standartlaşdırma Assosiasiyasının (JSA) eksperti sertifikatına layiq görülüb.Bu haqda Diaspora ilə İş üzrə Dövlət Komitəsinin əməkdaşı Leyla Həmzəyeva məlumat verib.

Həmyerlimiz yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində böyük mütəxəssis kimi tanınır. Həmin sahədə uzun müddət çalışdığına görə Xəlil Kələntərə müvafiq beynəlxalq konfranslarda Yaponiyanı təmsil etmək hüququ verilmişdir.
Xəlil Kələntər LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin - maye kristal displeyin arxa fon işıqlarının yaradıcısıdır.
Elektronika sahəsində tanınmış alim Xəlil Kələntər Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədridir.Azadpress.az