
Fransa Prezidenti PKK-nın yaratdığı təşkilata maliyyə yardımı edəcək. Fransa Prezidenti Emmanuel Makron terrorçu PKK-nın Suriyadakı qollarında biri olan PYD-nin ölkəsindəki təmsilçisi Xalid İsanın da olduğu Suriya Demokratik Qüvvələrinin (SDQ) nümayəndə heyəti ilə görüşüb. “Report” xəbər verir ki, məlumatı “Haber7” yayıb. E.Makron terrorçu PKK/YPG-PYD-nin qurduğu SDQ-yə dəstək verəcəyini deyib. Fransa Prezidenti terrorçu qrupların formalaşdırdığı bu təşkilata maliyyə yardımı edəcəyini söyləyib. Qeyd edək ki, ABŞ və Avropa İttifaqı PKK-nı terrorçu qruplar siyahısına daxil edib.Azadpress.az