
Barselonada 66 nəfər Gürcüstan vətəndaı həbs edilib. Azadpress.az 24News-a istinadən xəbər verir ki, xəbər verir ki bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb. Məlumatda bildirilir: Beynəlxalq polis əməkdaşlığı nəticəsində gürcü hüquqmuhafizəçilərinin iştirakı ilə geniş miqyaslı xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı 250 hüquqmühafizəçisi iştirak edib. Xüsusi əməliyyat nəticəsində başqa-başqa ölkənin vətəndaşları olmaqla 100- dən artıq şəxs ələ keçirilib. Bunlar arasında 25 nəfər şəxs Gürcüstan vətəndaşıdır. Qeyd olunan şəxslər evləri qarət etməkdə və mütəşəkkil cinayətkar dəstələrə üzv olmaqda ittiham edilirlər. Bundan başqa digər 41 nəfər isə inzibati qaydada miqrasiya qaydalarını pozduqlarına görə həbs ediliblər. Xüsusi əməliyyat Barselonada cinayətkar dəstə tərəfindən qanunsuz zəbt olunmuş keçmiş məktəb binasında keçirilib. Binada yerləşən bütün şəxslərin çıxarılması həyata keçirilib. Hüquqmühafizəçiləri saxlanan şəxslərin yerləşdiyi binaların axtarışı zamanı oğurlanmış əşyaları və böyük məbləğdə pulu maddi sübut kimi müsadirə edib. Həbs edilmiş 25 Gürcüstan vətəndaşı İspaniyanın cinayət məcəlləsinin - 237-ci, 570-ci maddələri ilə İspaniya Krallığı ərazisində həyata keçirilmiş evlərin qarəti və kriminal cinayətkar dəstələrinə üzvlükdə ittiham edilirlər. Azadpress.az