Çılpaq qızların videosunu yayan adam saxlanılıb-FOTOLAR
- Azadpress.az

- 1 апр. 2019 г.
- 1 мин. чтения

Çılpaq qızlarla videosu yayılan 90 SA 888 dövlət nişanlı "Range Rover" markalı avtomobilin sahibi Alıyev Səddam Qüdrət oğludur.
Avtosfer.az xəbər verir ki, maşını etibarnamə ilə Rusiya vətəndaşı Cahid Kərimov da idarə edir. Cahid Kərimov isə bu videonu yayan şəxsdir. O, bunu Şamaxıdakı evində çəkib. Fotoda soldakı odur.

Nəsimi rayon sakini olan Alıyev Səddamın isə Moskvada meyvə-tərəvəz biznesi ilə məşqul olduğu bildirilir.Video əxlaq normalarından uzaq olduğu üçün yayımlamırıq.

Azadpress.az xəbər verir ki,Şamaxıda gənc qızların çılpaq videosunu çəkib yayan şəxs artıq polis tərəfindən nəzarətə götürülüb.Videodakı avtomobil isə təhqiqat üçün cərimə meydançasına aparılıb.Avtomobilin sahibi isə qohumları tərəfindən döyülüb.Xatlrladaq ki,ötən gün sosial şəbəkələrdə Şamaxıdakı villada çılpaq oynayan sərxoş qızların videosu yayılıb.

Комментарии