top of page

Dünyanın ən varlı qadını kimdir?

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 5 мар. 2019 г.
  • 1 мин. чтения

“Forbes” 2019-cu il üçün planetin ən varlı qadınının adını açıqlayıb. “Forbes” jurnalı 2019-cu ildə planetin ən varlı qadınının adını açıqlayıb. Bu nəşrin versiyasına görə, “L`Oreal” kosmetika şirkətinin sahibinin varisi Fransuaza Betankur-Mayers qadın milyarderlərin siyahısına başçılıq edib. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, “L`Oreal” kosmetika şirkətinin sahibinin varisinin sərvəti 49,3 milyard dollardır. Fransuaza Betankur-Mayers milyarderlərin ümumi siyahısında 15-ci yerdədir. Fransuaza Betankur-Mayers “L`Oreal” kosmetika şirkətinə 1997-ci ildən rəhbərlik edir. O, qadın saçları rənglərini icad edən və şirkətin əsasını qoyan Ejen Şullerin nəvəsi və Lilian Betankurun yeganə varisidir. Bu ailə kosmetika nəhəngi “L`Oreal” şirkətinin səhmlərinin 33 faizinə sahibdir. Ötən il “Forbes” jurnalı “Valmart” hipermarketlər şəbəkəsinin sahibi Elis Uoltonu ilin ən varlı qadını elan etmişdi. Onun sərvəti 46 milyard dollar idi.Azadpress.az  


 
 
 

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page