top of page

Ramzan Kadırov xalqları sülhə çağırır

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 17 февр. 2019 г.
  • 1 мин. чтения

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov özünün “İnstagram” səhifəsində məşhur azərbaycanlı bloger Hüseyn Həsənovla fotoşəklini paylaşıb.

Bu fotoşəklin məhz indi dərc edilməsini çeçen liderin Moskvada çeçenlərlə azərbaycanlılar arasında baş vermiş münaqişə fonunda Azərbaycan millətinin nümayəndəsi ilə mehriban münasibətlərə nümunə göstərmək arzusu kimi qiymətləndirmək olar.

Qeyd edək ki, ötən gün çeçen gənc Alixan azərbaycanlıları təhqir edib və bu sözlər qısa zamanda sosial şəbəkələrdə sürətlə yayılıb. Bundan sonra azərbaycanlılar həmin çeçenin axtarışına başlayıb. Alixanı sərt cəzalandıran həmyerlilərimiz onun üzr istəyərkən çəkilən videosunu yayıb. Bu dəfə isə çeçenlər cavab həmləsinə keçib. Ötən gün "Neolit" restoranına hücum çəkən 100-ə yaxın çeçen silahlardan istifadə edib. Atışma zamanı ölən və yaralananlar olub. Azadpress.az


Комментарии


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page