top of page

Novruz Məmmədov parlamentdə hesabat verəcək

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 11 февр. 2019 г.
  • 1 мин. чтения

Sabah Milli Məclisin (MM) 2019-cu il yaz sessiyası çərçivəsində parlamentin ikinci plenar iclası keçiriləcək. MM-dən verilən məlumata görə, iclasın gündəliyinə ilkin olaraq, 38 məsələ, o cümlədən, bələdiyyələrin illik fəaliyyətinə nəzarət edən orqanın - Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi - hesabatı daxil edilib. Hesabatla ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxış edəcək. Qeyd edək ki, bu ay parlamentin daha bir - üçüncü plenar iclasının keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, mart ayında da parlamentin ən azı iki plenar iclasının baş tutması gözlənilir. Belə ki, MM-in Daxili Nizamnaməsinə əsasən, parlamentin 5-ci iclasından gec olmayaraq (Novruz bayramına kimi - red.), Nazirlər Kabinetinin illik hesabatı dinlənilməlidir. Oxu.az bildirir ki, bu il də məhz belə olacaq. Yaz sessiyasının mart ayının 15-nə nəzərdə tutulan 5-ci iclasında hökumət adından baş nazir Novruz Məmmədovun hesabatı dinləniləcək. Hesabat cəmi bir gün müzakirə ediləcək və təsdiqlənəcək. Xatırladaq ki, yaz sessiyası mayın 31-də başa çatacaq. Həmin vaxta kimi parlamentin daha bir neçə plenar iclası olacaq. Ailə-məişət zorakılığı, vərəm, şəkər xəstəlikləri, icbari tibbi sığorta və sair məsələlər ilə bağlı ictimai dinləmələr keçiriləcək, o cümlədən, Ombudsman Elmira Süleymanovanın və İnsan alverinə qarı mübarizə üzrə Milli Koordinatorun, daxili işlər nazirinin birinci müavini, general Vilayət Eyvazovun illik hesabatları dinləniləcək və təsdiqlənəcək.Azadpress.az  


 
 
 

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page