top of page

İran yeni növ raketlər istehsal edib


İranın paytaxtı Tehranda 12 ballistik raket nümayiş etdirilib. Trend-in məlumatına görə, İran inqilabının 40 illiyi münasibəti ilə “İqtidar 40” adlı təşkil olunan hərbi sərgidə 12 ballistik raket, o cümlədən "Xürrəmşəhr", "Siccil", "Qədr F" və "Qədr H", "Qiyam", "Şəhab 1", "Şəhab 2", "Zilzal", "Zülfüqar", "Hörmüz" və "Fars Körfəzi" raketləri sərgilənir. Bununla yanaşı, İranın "Tufan M-3" və "Tufan-7" zirehli vasitələr əleyhinə yeni raketlərinin təqdimatı keçirilib. İranın Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri sərgiyə baxış keçirərkən təqdim olunan hərbi vasitələrin İran ordusunun nailiyyətlərinin bir hissəsi olduğunu deyib.Azadpress.az 


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page