top of page

Paşinyan azərbaycanlıların kompakt yaşadığı rayona gəldi


Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib.   Azadpress.az  24News.ge-yə istinadən  xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Gürcüstanın Baş naziri Mamuka Baxtadze N.Paşinyanla Bolnisi rayonunda qeyri-rəsmi formatda görüş keçirib. M.Baxtadze N.Paşinyanı Ermənistanın Baş naziri təyin olunması münasibətilə təbrik edib. Görüşdə hökumət başçıları iki ölkə arasındakı mehriban qonşuluq münasibətləri barədə müzakirə aparıblar və məhsuldar əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduqlarını ifadə ediblər. Daha sonra baş nazirlər Bolnisinun ermənilərin yaşadığı kəndində əhali ilə kiçik görüş keçiriblər.Azadpress.az  


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page