top of page

Azərbaycan neft hasilatını azaldır


Azərbaycan bu il neft hasilatını gündəlik 20 min barel azaltmalıdır.

Bu, 2018-ci dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətləri nazirlərinin V görüşündə qəbul edilmiş qərarla bağlıdır. Həmin qərarda neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb.

2018-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft hasilatı 790 min barel təşkil edib. Energetika Nazirliyindən verilən məlumata görə, bunun 721 min barelini xam neft, 69 min barelini kondensat təşkil edib. Gündəlik 617 min barel xam neft, 69 min barel kondensat, 13,4 min barel isə neft məhsulları ixrac edilib.Ötən il orta gündəlik neft hasilatı 792,6 min barel təşkil edib.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page