top of page

Neftin qiyməti 80 dollara qalxa bilər

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 8 янв. 2019 г.
  • 1 мин. чтения

Səudiyyə Ərəbistanı neftin qiymətinin 80 dollar/barel səviyyəsinə qalxması üçün hasilatı azaltmaq niyyətindədir. Azadpress.az  xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat verib.

"Səudiyyə Ərəbistanı neftin qiymətini 80 dollar/barel səviyyəsinə qaytarmaq ümidi ilə bu ay hasilatda daha böyükmiqyaslı azalmalara hazırlaşır. Səudiyyə Ərəbistanı neft ixracını ayın sonuna qədər gündəlik 7,1 milyon barelə salmağı planlaşdırır", - məlumatda deyilir. Bununla yanaşı, qeyd olunur ki, "Brent" markalı neftin qiyməti orta hesabla 80 dollar/barel səviyyəsinə çatmasa, Səudiyyə Ərəbistanının büdcəsi kəsirli olacaq. Səudiyyə Ərəbistanının ixrac həcmini ötən ilin noyabr ayındakı səviyyədən sutkalıq 800 min barel azaltmağı planlaşdırdığı bildirilir, bu isə OPEC+ sazişi ilə tələb olunan azalmadan xeyli çoxdur. Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanı artıq dekabr ayında əvvəlki ayla müqayisədə hasilatı gündəlik 400 min barel azaldıb, yanvar ayında da bir o qədər azalma olacaq.Reporta istinadən.  


Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page