top of page

Güclü qar İstanbulu iflic edib


İstanbulda bir sıra daxili və beynəlxalq aviareyslər təxirə salınıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, avaireyslərin təxirə salınmasına səbəb hazırda burada müşahidə olunan güclü qar yağmasıdır.

Qeyd edək ki, avireyslər əsasən Atatürk hava limanında təxirə salınıb.

Daxili avireyslərdən İstanbul-Sinop, İstanbul-Antalya və İstanbul-Qaziantep, beynəlxalq aviareyslərdən isə İstanbul-Saloniki, İstanbul-Kişinyov, İstanbul-Xarkov, İstanbul-Odessa, İstanbul-Belqrad təxirə düşüb.

Xatırladaq ki, sonuncu dəfə İstanbulda aviareyslər bu il yanvarın 4-də dayanmışdı.

Bundan əvvəl isə güclü qara və küləyə görə İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb.

Eyni səbəbdən Bursada da dəniz reyslərinin dayandırıldığı bildirilir.

Qeyd olunur ki, reyslərdə yaranmış bu fasilə ilə əlaqədar "Marmara" tuneli gücləndirilmiş iş rejiminə keçib.

Meteoroloqlar isə belə qarlı və küləkli hava şəraitinin hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırırlar.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page