
Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı ilə “Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans keçirilib.
Konfrans Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “İnternet və media resurslarında müəllif hüquqlarının qorunmasının mexanizmləri və hüquqi bazası” layihəsi çərçivəsində baş tutub.
Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində məqsəd KİV-də, internetdə xəbər yayan informasiya istehsalçılarında müəllif hüquqlarının qorunmasının vacibliyi barədə təsəvvür formalaşdırmaqdan ibarətdir:
“Təəssüflə qeyd edilməlidir ki, bu gün əksər xəbər istehsalçıları müəllif hüquqlarına nəinki hörmətlə yanaşmırlar.Medianın rəqəmsal müstəviyə köçməsi müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Həyata keçirdiyimiz layihə və tədbirlər bu problemin aradan qaldırılmasına yardım xarakteri daşıyır”.
Tədbirdə Əqli Mülkiyyət Agentliyinin şöbə müdiri İqbal Əsgərov da çıxış edib. O, konfrans iştirakçılarını KİV-də müəllif hüquqlarının qorunmasına dair yeni mexanizmlər haqqında təlimatlandırıb.Azadpress.az