
Rusiyanın Xabarovsk diyar məhkəməsi pauerliftinq üzrə Avropa çempionu Andrey Draçevu təkbətək dava zamanı öldürən azərbaycanlı Anar Allahverənova hökm oxuyub.
Azadpress.az Rusiya KİV-nə istinadən xəbər verir ki, məhkəmə hökmü ilə ona 18 il həbs cəzası verilib.
O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, Allahverənov və Draçev arasında dava 2017-ci il avqustun 20-də Xabarovsk şəhərinin mərkəzində baş vermişdi.Həmin gün Draçov Allahverənovun milli mənsubiyyətini təhqir etmiş,onu təkbətək davaya çağırmışdı.