top of page

İlham Əliyevin 80-ci illərdə sürdüyü avtomobil - FOTOLAR

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 23 окт. 2018 г.
  • 1 мин. чтения

Lipetskdə yerləşən "Qaliçya qora" qoruğunda 1975-ci il istehsallı "Ford Qrenada" avtomobili var. Azadpress.az Sfera.az-a istinadən xəbər verir ki, qoruğun əməkdaşları deyirlər ki, bu avtomobili vaxtında Azərbaycanın indiki prezidenti İlham Əliyev idarə edib. Sözügedən avtomobili Kanada nümayəndə heyəti 1980-ci Olimpiadasında Moskvaya gətirib. Avtomobili Azərbaycan mərhum prezidenti Heydər Əliyev alıb. İlham Əliyev bu avtomobildə o zaman xeyli vaxt keçirib.

1980-ci illərin ortalarında qoruğun direktoru, qeyri-adi avtomobillərin böyük həvəskarı idi və "Ford Qrenada"nı öz maşınlarından biri ilə dəyişib. Sonra avtomobilin mühərriki və ötürmə qutusu sıradan çıxıb. O vaxtdan maşın qoruqda talvarın yanında dayanır.


Комментарии


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page