top of page

"Azərbaycan heç kəsdən çəkinmədən torpaqlarını işğaldan azad edə bilər"

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 1 окт. 2018 г.
  • 1 мин. чтения

Azadpress.az xəbər verir ki, deputat Araz Əlizadə Milli Məclisin bu gün keçirilən plenar iclasında belə deyib.

Azərbaycanın başqa dövlətlərə deyil, yalnız özünə inanaraq torpaqları işğaldan azad etməsinin vacibliyini vurğulayıb:

"Çox təəssüf ki, son vaxtlar Milli Məclisdə "Ermənistanın arxasında başqa dövlətlər dayanır” kimi Azərbaycan xalqını ruhdan salan fikirlər səsləndirilir. Hörmətli spiker, bu cür fikirlərin səsləndirilməsinə imkan vermək olmaz. Azərbaycan heç kəsdən çəkinmədən torpaqlarını işğaldan azad etmək hüququna malikdir. Cənab prezident İlham Əliyev də lazım gələn zaman bu əmri verəcək. Bunun əleyhinə müzakirələrin aparılması yolverilməzdir”.


Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page