top of page

“Rosneft” və SOCAR “Qoşadaş”ın kəşfiyyatına və mənimsənilməsinə başlayacaq"

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 27 сент. 2018 г.
  • 1 мин. чтения

“Rosneft” və SOCAR yaxın vaxtlarda “Qoşadaş” neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacaq".

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda Rusiyanın energetika korporasiyaları uğurla işləyirlər: "Bu barədə artıq deyilib, “Rosneft” şirkəti Azərbaycanın Dövlət Neft Şirkəti ilə birgə yaxın vaxtlarda “Qoşadaş” neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacaq. “LUKoil” Azərbaycanın enerji layihələrinə 4 milyard dollara yaxın sərmayə qoyub. Bu barədə də burada deyildi. Bizim neftin nəqli üzrə gələcək inhisarımız olan “Transneft” Azərbaycan neftinin Bakı-Novorossiysk neft kəməri ilə ixracının etibarlı tranzitini təmin edir".Azadpress/az


 
 
 

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page