İTV-nin rəhbərliyində daha bir dəyişiklik
- Azadpress.az
- 17 сент. 2018 г.
- 1 мин. чтения

İctimai Televiziyada kadr dəyişiklikləri davam edir.
Azadpress.az publika.az-a istinadən xəbər verir ki, İTV-nin İnformasiya Departamentinin direktoru Ələsgər Vəliyev öz ərizəsi ilə işdən çıxması ilə bağlı rəhbərliyə müraciət edib.
Telekanal rəhbərliyi Ə.Vəliyevin ərizəsini qəbul edib.
Ələsgər Vəliyev 2016-2017-ci illərdə İTV İnformasiya departamentinin direktor müavini olub. 2017-ci ildən isə o, İTV-də departament rəhbəri idi.
Comments