Qətlə yetirilən Zaxarçenkonu o əvəz edəcək
- Azadpress.az
- 1 сент. 2018 г.
- 1 мин. чтения

Donetsk Xalq Respublikasının yeni rəhbərinin adı bəlli olub.
Azadpress.az xəbər verir ki, bu barədə qondarma rejimin xalq məclisinin sədri Denis Puşilin məlumat yayıb. O, DNR rəhbərinin səlahiyyətlərini bundan sonra baş nazirin müavini Dmitri Trapeznikovun icra edəcəyini bildirib.
Trapeznikov əslən Krasnodardandır. O, Donbas savaşının əsas iştirakçılarından biri olub.
Dünən qondarma rejimin lideri Aleksandr Zaxarçenko “Separ” restoranında partladılaraq qətlə yetirilib.