top of page

"Toyota" Bakıda servis xidmətində endirim tətbiq edib


“Toyota”nın Azərbaycanda rəsmi dileri Toyota Bakı Mərkəzi yeni kampaniyaya başlayıb.

Azadpress.az xəbər verir ki,mərkəz yay mövsümündə Toyota sahiblərini sevindriməkdə davam edir. Beləki şirkət yayın son ayında Yaydan-Payıza endirim kampaniyası keçirir.

Toyota sahibləri servisdə pulsuz və endirimli kampaniyadan yararlana biləcəklər.

Avqustun 1-dən Sentyabrın sonunadək bütün Toyota modellərinə asqının pulsuz diaqnostikası tətbiq olunur. Bu tarixdən avtomobil təmiri zamanı məbləğdən asılı olmayaraq, kuzov və rənglənmə işlərinə 10%,əyləc disklərinə 10%,antifrisə 15% endirim tətbiq olunur. Həm də Toyota Bakı Mərkəzinin bu servis xidməti nəinki rəsmi dilerdən alınan avtomobillərə, həmçinin qeyri-rəsmi dilerdən və ya xaricdən gətirilmiş Toyotalara aiddir. Toyota Bakı Mərkəzi yay-yaz mövsümündə vacib olan digər işlərdə də Toyota sahiblərinə dəstək olmağa çalışır. Yayın istisində avtomobilin komfortunu artıran, sürücü və sərnişinlərə rahat səfər etmək üçün vacib olan havalandırma sistemini də “Toyota”nın Bakı mərkəz nəzarətə götürür. Kampaniya çərçivəsində kondisioner və salon filterinə 10% endirim tətbiq olunur.Şüşəsilənin dəyişdirilməsi isə pulsuzdur. Toyota Bakı Mərkəzi 2006-cı ildən rəsmi diler kimi fəaliyyət göstərir. Şirkət iki dəfə “İchiban” beynəlxalq Toyota müştəri məmnuniyyəti mükafatına layiq görülüb.Servis xdimətindəki nailliyyətlərinə görə Toyota uyğunluq sertifilatları ilə təltif edilib.

Kampaniya 30 Sentyabr 2018-ci il tarixinədək etibarlıdır.Toyota Bakı Mərkəzi,Fəzail Bayramov küç-26,Tel:012 496 70 10.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page