top of page

Müğənni Emin biznesmenin keçmiş arvadı ilə evləndi


Azərbaycanın xalq artisti Emin Ağalarov bu gün, iyulun 14-də sevgilisi Alyona Qavrilova ilə evlənib.

Toy mərasimi Ağalarovların Moskvadakı malikanəsində keçirilib. Müxtəlif ölkələrdən gələn məşhur şəxslər, eləcə də Eminin yaxınları və qohumları da malikanəyə toplaşıblar.

Alyona Qavrilova rusiyalı model və Mordoviyadan olan gözəllik kraliçasıdır. O, biznesmen Rüstəm Tarikonun həyat yoldaşı olub.

Alyona Qavrilova 1987-ci ildə Mordoviyanın paytaxtı Saranskda doğulub. 17 yaşı olanda "Miss Mordoviya-2004" müsabiqəsində iştirak edib və birinci yeri tutub. Bu qələbədən sonra Qavrilova model biznesində çalışmağa başlayıb.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page