top of page

Argentina və Xorvatiya yarımfinala doğru gedirlər

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 27 июн. 2018 г.
  • 1 мин. чтения

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı çərçivəsində “D” qrupunun son oyunları keçirilib. Trend-in məlumatına görə, “Rostov Arena” stadionunda Argentina və Nigeriya yığmaları qarşılaşıb. Oyun argentinalıların 2:1 hesablı qələbələri ilə başa çatıb. Argentina komandasının qollarını 14-cü dəqiqədə Lionel Messi, 86-cı dəqiqədə isə Markos Roxo vurub. Nigeriyanın oyunda yeganə qolunu isə penaltidən Viktor Moses vurub. Qrupun digər oyunu Sankt-Peterburq şəhərində İslandiya və Xorvatiya komandaları aralasında keçirilib. Bu oyunda da hesab 2:1 olub. Xorvatiya yığması qələbə qazanıb. Qollar: Milan Badel (53’), Gilfi Siqurdson (pen.-76’), İvan Perişiç (90’). Beləliklə, qrupda 9 və 4 xalla 1-ci və 2-ci yerləri bölüşdürən Xorvatiya və Argentina yığmaları “pley-off” mərhəlsinə vəsiqə qazanıblar. 1/8 final mərhələsində Argentina Fransa yığması ilə, Xorvatiya isə Danimarka komandası ilə qarşılaşacaq.


 
 
 

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page