top of page

Bakıda dayanacaqlardan ticarət nöqtəsi kimi istifadə edirlər


Telejurnalist Məmməd Şərif adlı şəxs öz şəxsi hesabında Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindəki dayanacaqlardan təyinatı üzrə istifadə edilməməsinə etiraz edib.

Azadpress.az xəbər verir ki,Məmməd Şərif həmin dayanacaqların meyvə satıcıları tərəfindən zəbt edildiyini və sakinlərin avtobus gözləmək üçün qızmar günün altında qaldıqları bildirib.

Məsələ ilə bağlı Open.az-a açıqlama verən BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində 15 dayanacaq pavilyonu qoyulub və pavilyonlarda onların nə məqsədlə qoyulmasına dair maarifləndirici elan yazılıb:

“Təbii ki, sərnişinlərimizin hamısı bu təlimata əməl etmirlər. Ya pavilyonun müxtəlif hissələrinə zərər vururlar, ya da pavilyonu zəbt edib müxtəlif məhsullar satırlar. Bununla ordan istifadə edən sərnişinlərimiz də mübarizə aparmalıdır. O dayanacaqlar insanlarımız üçündür. İnsanlarımız dayanacaqlara sərvətimiz kimi davranmalıdır”.

Qurum rəsmisi qeyd edib ki, agentlik paytaxtda avtobus dayanacaqları və səkilərin vəziyyəti ilə bağlı araşdırmalar aparıb:

“Bu kimi problemlər bizə də məlumdur. Artıq sərnişinlərimizi də narahat edən belə halların aradan qaldırılmasına başlanılıb”.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page