top of page

Yaponiyada baş verən güclü zəlzələdə azərbaycanlılar...

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 18 июн. 2018 г.
  • 1 мин. чтения

Yaponiyadakı zəlzələdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycanın Yaponiyadakı səfirliyindən verilən məlumata görə, Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.

Yaponiyadakı səfirliyimiz məsələni diqqətdə saxlayır.

Qeyd edək ki, Osakada baş vermiş 6,1 ballıq zəlzələ nəticəsində 3 nəfər ölüb, 200 nəfər yaralanıb.Azadpress.az


Commenti


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page