
Azadpress.az xəbər verir ki,Avropa İttifaqı ilə Azərbaycan arasında bağlanacaq yeni sazişi şərh edərkən politoloq Elxan Ələsgərov belə deyib.
CBC telekanalında çıxış edən politoloq bildirib ki,Avropa ilə Azərbaycan arasında pozitiv münasibət var:
"Avropa İttifaqına formal olaraq hər hansı bir ölkə ilə münasibətlərin qurulması maraqlı deyil.Bu münasibətlər vacib bir məsələ ilə zəngin olmalıdır.Çünki Avropa da dünyanın bir hissəsi olaraq öz gələcəyi və inkişafı üçün iqtisadi-maliyyə böhranı ilə ilə mübarizə aparır.Bu şəraitdə Qafqaz və Cənubi Qafqaz ölkəri-Azərbaycan,Gürcüstan və Ermənistanı müqayisə etsək, görərik ki, Azərbaycan Avropaya birbaşa layihələr verən yeganə ölkədir.Yəni,Azərbaycanın bir ölkə kimi Avropanın marağını cəlb etməyi də məhz bununla bağlıdır.Çünki Azərbaycan bu münasibətləri konkret layihələrlə əhatə edir.Biz nəqliyyat-kommunikasiya, enerji resurları layihələrini buna misal çəkə bilərik"
Elxan Ələsgərovun dediyinə görə,Avropa İttifaqı ilə Azərbaycanın pozitiv münasibətləri ən yüksək səviyyədə keçirilən ikitərəfli görüşlərdə açıq-aydın müşahidə olunur.
"İqtisadi faktorlar və stabillik Avropanın Azərbaycana pozitiv münasibət göstərməsinə şərait yaradır.Eyni zamanda Azərbaycan proqnozlaşırılan və öhdəlikləri yerinə yetirən bilən bir ölkədir.
Bu kontekstdə demək istəyirəm ki,Azərbaycan və Aİ arasında bağlanacaq yeni sazişdə bu müsbət məqamlar öz əksini tapacaq"-deyə Elxan Ələsgəov qeyd edib.Azadpress.az