top of page

ABŞ Azərbaycanlı məcburi köçkünlərə 112 milyon yardım edib


"Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən bəri ABŞ azərbaycanlı məcburi köçkünlərə 112 milyon dollardan çox yardım edib". Azadpress.az xəbər verir ki,ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gil  belə deyib. V. Gil bildirib ki, ABŞ-ın məqsədi azərbaycanlıların arzuladığı daha firavan, sabit gələcək qurmaqda onlarla əməkdaşlıq etməkdir: 

"Bildiyiniz kimi, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Minsk qrupu prosesinin həmsədri olmaqla, proses çərçivəsində münaqişənin sülh yolu ilə həlli üçün tərəfləri bir araya gətirərək həll yolunun tapılması istiqamətində işlər görür. Amma eyni zamanda, məcburi köçkün əhalisinin ehtiyacları var ki, bu ehtiyaclar təmin edilməlidir və şadıq ki, məcburi köçkünlərə yönəlmiş uğurlu fəaliyyət həyata keçirə bilmişik".APA 


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page