"ABŞ öz tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib"-Putin
- Azadpress.az
- 7 июн. 2018 г.
- 1 мин. чтения

Azadpress.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "canlı yayımda" ABŞ-ın başladığı "ticarət müharibəsi"nə münasibət bildirərkən deyib.
"Tərəfdaşlarımız sanksiyalarla üzləşə biləcəyini düşünmürdü. Amma ABŞ-ın polad və alüminiuma rüsum tətbiq etməsi elə sanksiya deməkdir", - V.Putin bildirib.
O, istehza ilə əlavə edib: "Onlar da Krımı anneksiya ediblər? Yox, bu, ABŞ-ın praqmatik milli maraqları ilə bağlıdır".
Rusiya prezidenti danışıqlar masasına əyləşərək vahid qaydalar işləyib hazırlanmasına ehtiyac olduğunu söyləyib.Report.az
Comentários