top of page

Azərbaycanda qaz xəttini kəsib oğurlayıblar

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 2 июн. 2018 г.
  • 1 мин. чтения

Mayın 29-da DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə Neftçala rayonu ərazisində qaz xəttinin bir hissəsinin kəsilərək oğurlanması barədə müraciət daxil olub.

DİN mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Tatarməhlə kəndi ərazisindəki qaz xəttinin 432 metrlik hissəsinin kəsilərək oğurlandığı məlum olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Neftçala rayon sakinləri olan Tərlan Nağıyevin və Talıb Panəliyevin borunu kəsərək ayrı-ayrı sexlərə satdıqları müəyyən edilib.

Kəsilmiş xəttin hissələri polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.


Комментарии


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page