ABŞ altı İran vətəndaşına sanksiya tətbiq edib
- Azadpress.az
- 30 мая 2018 г.
- 1 мин. чтения

ABŞ İrana qarşı sanksiyaları genişləndirib. Azadpress.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. "Qara siyahı"ya İranın 6 vətəndaşı (Abdulali Ali Asgari, Hossein Allhkaram, Abdolhassan Firouzabadi, Abdolsamad Khoramabadi, Abdolhamid Monthasama və Hamid Ostad), 1 şirkəti ("Hanista Programing Group") və "Ənsar-e Hizbullah" təşkilatı daxil edilib. Eyni zamanda Tehranın Evin həbsxanası da sanksiyaya məruz qalıb. Xatırladaq ki, ötən həftə 5 İran vətəndaşı sanksiyaya məruz qalmışdı.
Report
Comments