Körpəni xilas edən "hörümçək" adama vətəndaşlıq verildi
- Azadpress.az
- 29 мая 2018 г.
- 1 мин. чтения

Fransa prezidenti Emunuel Makron ötən gün körpənin həyatını xilas edən Mamud Qassama təşəkkür edib.
Azadpress.az xəbər verir ki, Fransa prezidenti əslən Malidən olan miqranta vətəndaşlıq verib. Makron eyni zamanda ona yanğın söndürmə briqadasında iş təklif edib.

Qeyd edək ki, Mamud Qassam çoxmərtəbəli evin eyvanından sallanan körpəni xilas etmək üçün cəld hərəkətlə yüksəyə qalxıb və körpəni xilas edib.