Ermənistanda rus dilinə son qoyulur-"Kiril,latın və zibilcə..."
- Azadpress.az
- 24 мая 2018 г.
- 1 мин. чтения

Ermənistanın Təhsil və elm naziri Araik Arutunyan “Facebook”da canlı yayımda ölkə vətəndaşlarını elektron poçtlarını operativlilik dərəcəsinə uyğun surətdəvə yalnız erməni dilində göndərməyə çağırıb.
Azadpress.az xəbər verir ki, bununla bağlı “Sputnik Armeniya” saytında müvafiq məlumat yayılıb.
“Kiril, latın və ya zibilcə, bu hərflərlə yazılan heç bir məktub nəzərə alınmayacaq. Gəlin məktublarımızı yalnız erməni dilində və əhəmiyyətlilik qaydasına uyğun olaraq göndərək”, erməni nazir deyib.
Nazir ölkə vətəndaşlarını operativ olmadığı və ya heç bir əhəmiyyət daşımadığı təqdirdə 4-5 gün ərzində məktub yazmamağa çağırıb.
Bundan başqa Araik Arutunyan əhalini hind seriallarına baxmaq, sosial şəbəkələrdə oturub qalmaq əvəzinə özünütəhsill məşğul olmağa dəvət edib.
Comments