top of page

Azərbaycanda doğulan uşaqların çəkisi azalıb

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 15 мая 2018 г.
  • 1 мин. чтения

2017-ci ildə Azərbaycanda ekstremal çəkili (500-1000 qram) 332 uşaq dünyaya gəlib.

Azadpress.az xəbər verir ki,Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov belə deyib.

Onun sözlərinə görə, 1000 q-dan da az çəki ilə vaxtından əvvəl doğulan uşaqlar il ərzində yenidoğulan bütün körpələrin təxminən 1 faizini təşkil edir.

Baş neonatoloq əlavə edib ki, hazırda dünyada neonatologiya sahəsində ən əsas problemlərdən biri çox az çəki (1000-1500 qram) və ekstremal az çəkili uşaqlarla bağlıdır.

R.Hüseynov qeyd edib ki, son dövrlərdə Azərbaycanda hər il yenidoğulanların 8-10 faizini vaxtından əvvəl doğulan körpələr təşkil edir.


Commentaires


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page