Alma-Atanın şimalında güclü zəlzələ olub
- Azadpress.az
- 15 мая 2018 г.
- 1 мин. чтения

Qazaxıstanda güclü zəlzələ baş verib.
Azadpress.az xəbər verir ki, yeraltı təkanların maqnitudası 5,1 bal gücündə göstərilir.
Zəlzələ Alma-Atadan 637 km şimal-şərqdə qeydə alınıb. Yeraltı təkanların episentrinin 5 km dərinlikdə olduğu bildirilib.
İnsan tələfatı və güclü dağıntılar barədə hələ məlumat verilməyib.TREND