top of page

Məmmədyarov və Moqerini Brüsseldə görüşüblər


Xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə səfəri çərçivəsində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federiko Mogerini ilə görüşüb.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə,görüşdə Azərbaycan və Aİ arasında əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər Aİ ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların konstruktiv şəkildə davam etdiyini qeyd edərək bu sazişin əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxmasına və hərtərəfli inkişafına təkan verəcəyinə əminliklərini ifadə ediblər.

E.Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi barədə məlumat verərək 15 may tarixində Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini deyib. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair Aİ-nin mövqeyinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page