top of page

Bakıda yeni otel fəaliyyətə başladı-"Dinamo"

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 11 мая 2018 г.
  • 1 мин. чтения

Bakının Səbail rayonunda “Dinamo” oteli fəaliyyətə başlayıb.

Azadpress.az xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Yeni otelin idman zalında müasir qurğular quraşdırılıb, qonaqların və atletlərin idmanla məşğul olmaları üçün geniş imkanlar yaradılıb. Bundan başqa, oteldə üzgüçülük hovuzu, SPA da qonaqların ixtiyarına veriləcək.

Ümumi sahəsi 7500 kvadratmetrə yaxın olan otelin paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın olması qonaqlara vaxtlarını daha səmərəli keçirmək üçün hərtərəfli imkanlar yaradır.

“Dinamo” otelində müxtəlif kateqoriyalara uyğun 28 otaq var. Otaqların interyeri tərtib edilərkən qonaqların zövqünü oxşaması və rahatlıq əsas meyar kimi seçilib.


Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page